veten informasiya agentliyi

Pensiya təyinatı ilə bağlı vacib məlumat

Tarix:20-08-2026, 11:52
Baxış Sayı:4




2026-cı ilin yanvar-iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 56,8%-ni kişilər, 43,2%-ni isə qadınlar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2026-cı ilin yanvar-iyul ayları ərzində 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Onların 57,2%-ni kişilər, 42,8%-ni isə qadınlar təşkil edib.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 405 min nəfərə ümumilikdə 474 milyon manat Prezident təqaüdü ödənilib.

Onlardan 505 min nəfərə 738 milyon manat müavinət, 405 min nəfərə 474 milyon manat Prezident təqaüdü, 158 min nəfərə isə sosial sığorta hesabına 102 milyon manat müavinət ödənilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə müavinətlər üzrə 13 faiz, Prezident təqaüdləri üzrə 14 faiz, sosial sığorta hesabına ödənilən müavinətlər üzrə isə 8 faiz artıb.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb