veten informasiya agentliyi

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar

Tarix:13-08-2026, 11:24
Baxış Sayı:20

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? - Vacib detallar

Xəbər verildiyi kimi, İstanbulun Qaziosmanpaşa rayonunda azərbaycanlı iş adamı Rövşən Zeynalovun meyiti yaşadığı mənzildən tapılıb. Diqqətçəkən məqamlardan biri isə onun təxminən bir həftə mənzildə ölü vəziyyətdə qalması, bu müddətdə bacısı Mətanət Zeynalovanın da həmin evdə yaşaması olub. Mənzildə qan izlərinin aşkarlanması isə hadisənin səbəbləri ilə bağlı müxtəlif ehtimallar yaradıb.

Qan izlərinin aşkarlanması hadisənin cinayət xarakterli olması və mümkün motivi ilə bağlı ehtimalı gündəmə gətirir?

Bu barədə kriminalist Şəmsəddin Əliyev danışıb. O bildirib ki, Cinayət Məcəlləsinin 120-ci maddəsi qəsdən adam öldürmə cinayətini nəzərdə tutur.

Onun sözlərinə görə, təqdim olunan məlumatlar əsasında hadisədə qəsdin əlamətləri ehtimal edilə bilər:

“Burada müxtəlif motivlər nəzərdən keçirilə bilər. Bu, qisas motivi, yaxud başqa cinayətlərin izlərini gizlətmək və ya müəyyən cinayəti ört-basdır etmək məqsədi daşıya bilər. Cinayətin motivi və digər hallar istintaq zamanı müəyyənləşdirilməlidir. Onun bacısının evdə olması da araşdırılmalı məqamlardandır. İstintaqı qabaqlamaq və hadisə ilə bağlı indidən qəti nəticə çıxarmaq düzgün olmaz. Hesab edirəm ki, Türkiyə Respublikasının istintaq orqanları və prokurorluq bu məsələyə ciddi yanaşacaq”.

Kriminalist qeyd edib ki, hazırda əsas məsələ ölümün səbəbinin və hadisənin bütün detallarının hərtərəfli araşdırılmasıdır:

“Hadisə yerinə baxış çox ciddi və peşəkar şəkildə keçirilməlidir. Məsələn, hadisə yerində qan ləkələrinin aşkar edildiyi bildirilir. Bu qan ləkələri mütləq ekspertizaya təqdim edilməlidir. Onların kimə məxsus olduğu və hansı şəraitdə əmələ gəldiyi müəyyənləşdirilməlidir. Eyni zamanda meyit üzərində xəsarətlərin, boğulma əlamətlərinin olub-olmaması, tibbi preparatlardan və ya digər vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmalıdır. Bundan başqa, hadisə yerində cinayətin törədilməsində istifadə oluna biləcək alət, əşya və digər maddi sübutların olub-olmaması müəyyən edilməlidir. İlkin mərhələdə konkret fikir söyləmək çətindir. Hadisə yerinə baxışın nəticələri, məhkəmə-tibbi ekspertizanın rəyi və digər ekspertiza nəticələri gözlənilməlidir”.

Ş.Əliyev qəsd və qisas motivinin də ehtimallar sırasında araşdırılmasının mümkün olduğunu bildirib:

“Şəxsin psixoloji vəziyyəti ilə bağlı məlumatlar varsa, onlar da ayrıca araşdırılmalıdır. Əgər onun psixoloji durumunun normal olmadığına dair tibbi əsaslar mövcuddursa, bu məsələ ekspertiza çərçivəsində qiymətləndirilməlidir. Yalnız ehtimallara əsaslanmaq düzgün yanaşma deyil. Dəqiq və sübutlarla təsdiqlənmiş məlumatlar əsas götürülməlidir. Hadisənin əsl mahiyyəti ekspertizaların və digər sübutların nəticəsində ortaya çıxacaq”.

Rövşən Zeynalovun “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilova ilə evli olub. Onların bu nikahdan Mətin adlı övladları var.

Xatırladaq ki, sevgilisindən şantaj yolu ilə 1 milyon manata yaxın pul tələb etməkdə ittiham olunan tiktoker Aybəniz Xəlilova (Bəniz) bir neçə gün öncə 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb