veten informasiya agentliyi

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

Tarix:6-08-2026, 12:49
Baxış Sayı:31

Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir

"Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli əsasında keçiriləcək müsabiqənin şərtlər toplusu" təsdiqlənib.

Şərtlər toplusuna əsasən, dövlət dəstəyi almaq istəyən özəl məktəbəqədər təhsil müəssisələrinin təqdim etdiyi layihələr 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndiriləcək. Qiymətləndirmə zamanı təhsil haqqının səmərəliliyi, təhsilalanların pedaqoji işçilərə nisbəti, pedaqoji heyətin ixtisas uyğunluğu və iş təcrübəsi, lisenziyanın qüvvədə olma müddəti, müəssisənin özünümaliyyələşdirmə potensialı və digər meyarlar nəzərə alınacaq. Müsabiqənin qalibləri ən yüksək yekun bal toplamış layihələr arasından seçiləcək.

Bununla yanaşı, müsabiqədə iştirak etmək istəyən özəl məktəbəqədər təhsil müəssisələri üçün bir sıra texniki və təşkilati tələblər də müəyyən edilib. Belə ki, tədris otaqlarında müşahidə kameraAları quraşdırılmalı, onların fasiləsiz fəaliyyəti təmin edilməli və kameralara dair giriş məlumatları Elm və Təhsil Nazirliyinə təqdim olunmalıdır.

Yeni tələblər dövlət dəstəyi mexanizminin şəffaflığının artırılmasına, məktəbəqədər təhsil müəssisələrində təhlükəsiz və keyfiyyətli təhsil mühitinin təmin edilməsinə, eləcə də dövlət və özəl sektor arasında əməkdaşlığın daha səmərəli təşkilinə xidmət edir.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb