veten informasiya agentliyi

BDYPİ sürücülərə müraciət etdi

Tarix:5-08-2026, 11:02
Baxış Sayı:30

BDYPİ sürücülərə müraciət etdi

Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmamasıdır. Bu cür qayda pozuntusu xüsusilə magistral avtomobil yollarında yüksək sürətlə hərəkət zamanı, eləcə də şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ağır nəticələrə səbəb olur.

Ara məsafəsinin kifayət qədər saxlanılmaması qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, gözlənilmədən hərəkət istiqamətini dəyişməsi, maneə ilə qarşılaşması və ya hərəkəti dayandırması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir. Nəticədə arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri, nəqliyyat vasitələrinin idarəetmədən çıxması və digər ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır.

Sürücülər nəzərə almalıdırlar ki, təhlükəsiz ara məsafəsi sabit göstərici deyil. O, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə, görünmə məsafəsinə və nəqliyyat axınının intensivliyinə uyğun müəyyən edilməlidir. Qarşıdakı nəqliyyat vasitəsi ilə saxlanılan ara məsafəsi elə olmalıdır ki, qəfil əyləcləmə, gözlənilməz maneənin yaranması və ya digər təhlükəli vəziyyət zamanı sürücünün vəziyyəti düzgün qiymətləndirməsi, vaxtında reaksiya verməsi və nəqliyyat vasitəsini təhlükəsiz şəkildə saxlaması mümkün olsun.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırır.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb