veten informasiya agentliyi

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Tarix:Bu gün, 12:26
Baxış Sayı:4

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib.

Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət mükafatlarının təqdimetmə mərasimində çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə ölkənin əldə etdiyi uğurlardan danışıb.

Sadır Japarov bildirib ki, müasir Azərbaycan beynəlxalq proseslərdə mühüm rol oynayan güclü dövlətdir. Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi illərində Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi sahəsində mühüm nailiyyətlər qazanıb.

Qırğızıstan prezidenti qeyd edib ki, İlham Əliyevin dəstəyi və iki ölkənin yaxınlaşmasına yönəlmiş dəyişməz səyləri sayəsində qardaş ölkələr möhkəm dostluq və qarşılıqlı inkişafa əsaslanan həqiqi strateji tərəfdaşlıq qurublar.

"Bu gün münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri alıb", – deyə o vurğulayıb.

Sadır Japarov əlavə edib ki, İlham Əliyevin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafındakı rolu xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində iştirakı ticarət-iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.

Qırğızıstan Prezidenti, həmçinin İlham Əliyevin regionda davamlı sülhün bərqərar olunması, sabitliyin möhkəmləndirilməsi və yeni əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl fəaliyyət göstərdiyini qeyd edib.

"Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə sadiqliyiniz böyük hörmət doğurur. Məhz buna görə də əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Qırğızıstan Respublikasının ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif etmək barədə qərar qəbul etmişəm", – deyə Sadır Japarov bildirib.

Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Maşınını həyətdə yuyanlar cərimə olunacaq?
Namidə İsayeva vəzifəsindən ayrıldı
Namidə İsayeva vəzifəsindən ayrıldı
İlham Əliyev "Manas" ordeni ilə təltif edildi
İlham Əliyev
Bakı metrosunda yeni təyinatlar
Bakı metrosunda yeni təyinatlar
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
Azərbaycanda itkin düşən 10 nəfər tapıldı
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
Bərdədə kişi kanala yıxılaraq boğuldu
Bərdədə kişi kanala yıxılaraq boğuldu
135 nömrəli marşrut xəttində avtobuslar yenilənir
135 nömrəli marşrut xəttində avtobuslar yenilənir