veten informasiya agentliyi

İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi

Tarix:23-07-2026, 14:01
Baxış Sayı:45

İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi

Mopedlərin texniki baxışdan keçirilməsinə, dövlət qeydiyyatına alınmasına, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə və dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun dərəcələri qüvvədə olan dövlət rüsumları məbləğində tənzimlənəcək.

Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə" 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarında dəyişikliyi imzalayıb.

Sənəd həmçinin, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.

Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbula görə 20 manat rüsum ödəniləcək.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunla yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması, mopedlərin iştirakı ilə baş verə biləcək qəza hallarının qarşısının alınması və bu sahədə tənzimləmənin yaradılması məqsədilə mopedlərin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçirilərək uçota alınması və bunun əsasında onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən olunmuşdur. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaqdır. Beləliklə, mopedi idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunur.

Xatırladaq ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və yaxud iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.

Bakıda 70 yaşlı qadın saxlanıldı
Bakıda 70 yaşlı qadın saxlanıldı
Ötən həftə 11 nəfərin meyiti tapıldı - FHN
Ötən həftə 11 nəfərin meyiti tapıldı - FHN
7 il əvvəl itkin düşmüş şəxs qəsdən öldürülübmüş
7 il əvvəl itkin düşmüş şəxs qəsdən öldürülübmüş
Bu şəxslərə ödəniş ediləcək - SƏBƏB AÇIQLANDI
Bu şəxslərə ödəniş ediləcək - SƏBƏB AÇIQLANDI
Polis 15 kiloqram narkotik vasitə aşkarladı
Polis 15 kiloqram narkotik vasitə aşkarladı
Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi
Türkiyədə güclü zəlzələ: Bu bölgə ilə bağlı xəbərdarlıq edildi
DSMF 8 ayda 1,1 milyon şəxsə 1,5 milyard manat ödəyib
DSMF 8 ayda 1,1 milyon şəxsə 1,5 milyard manat ödəyib