veten informasiya agentliyi

Bağçalara elektron qəbul başladı

Tarix:7-07-2026, 11:59
Baxış Sayı:43

Bağçalara elektron qəbul başladı

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılıb.

Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.

Bu il ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya digər qanuni nümayəndələr qeyd olunan tarixlərdə myGov kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına isə 9 iyul 2026-cı il saat 11:00-dan başlanılacaq.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb