veten informasiya agentliyi

Bu sənədi yoxlamadan ev alanlar çıxılmaz vəziyyətdə qalırlar - Xəbərdarlıq

Tarix:6-07-2026, 10:55
Baxış Sayı:40

Bu sənədi yoxlamadan ev alanlar çıxılmaz vəziyyətdə qalırlar - Xəbərdarlıq

Son vaxtlar bəzi vətəndaşlar mənzil alarkən notariusda gözlənilməz vəziyyətlə qarşılaşırlar. Məlum olur ki, alınan mənzilin üzərində bank ipotekası və ya digər yüklülük var.

Mənzil alarkən onun bank ipotekasında olub-olmadığını necə öyrənmək olar? Mənzilin üzərində sonradan hər hansı borcun qalmadığını necə dəqiqləşdirmək mümkündür? Alıcı belə hallarda nələrə xüsusi diqqət etməlidir?

Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, notariusların hazırda iş yükü kifayət qədər çoxdur:

“Nəzərə alsaq ki, bu il Bakı şəhərində bir neçə notariat ofisi fəaliyyətini dayandırıb, nəticədə digər notariusların üzərinə düşən yük daha da artıb. Bu səbəbdən vətəndaşlar müxtəlif notariat prosedurları zamanı saatlarla gözləməli olduqlarını bildirirlər. Bəzi hallarda isə yalnız prosesin sonunda məlum olur ki, əmlak üzərində məhdudiyyət var”.

Ekspert bildirib ki, adətən vətəndaşlar alqı-satqı prosesində əvvəlcədən “beh” verirlər:

“Bu mərhələdə rialtorların da iştirakı olur. Demək olar ki, əmlak alqı-satqılarının 70-80 faizində onlar vasitəçi kimi çıxış edirlər. Bu baxımdan, ölkədə rialtor fəaliyyətinin hüquqi tənzimlənməsi və bu sahəyə nəzarət mexanizmlərinin yaradılması məqsədəuyğun olardı. Vaxtilə “Azərbaycan Respublikasında Rialtor peşəsi haqqında” qanun layihəsinin təklif edilməsi də məhz bu zərurətdən irəli gəlirdi. Belə bir tənzimləmə rialtorların sənədləşmə prosesində iştirak etməsinə, həmçinin müqavilə bağlanmazdan əvvəl əmlakın hüquqi vəziyyətini yoxlamasına imkan yarada bilər”.

Ekspertin sözlərinə görə, bunun üçün çıxarış və digər hüquq müəyyənedici sənədlər yoxlanılmalı, əmlak üzərində ipoteka, həbs, qadağa, yaxud digər yüklülüyün olub-olmadığı dəqiqləşdirilməlidir:

“Bu məlumatlar rəsmi dövlət reyestrindən əldə oluna bilər. Əgər mənzil bank ipotekasındadırsa, bankın razılığı olmadan alqı-satqının həyata keçirilməsi mümkünsüzdür. Buna görə də alıcı satıcının şifahi məlumatına etibar etməməli, bütün sənədləri rəsmi qaydada yoxlatdırmalıdır. Həmçinin kommunal xidmətlər və mənzillə bağlı digər öhdəliklər üzrə borcların olub-olmaması da əvvəlcədən araşdırılmalıdır. “Beh” verməzdən əvvəl bütün bu məsələlərin dəqiqləşdirilməsi sonradan yarana biləcək hüquqi və maliyyə risklərinin qarşısını alır. Tərəflər yalnız bütün hüquqi risklər aradan qaldırıldıqdan sonra notariat qaydasında alqı-satqı müqaviləsini bağlamalıdırlar”.

Din, uşaqların gələcəyi və seçim azadlığı
Din, uşaqların gələcəyi və seçim azadlığı
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb