veten informasiya agentliyi

BMT-dəki nümayəndəmiz: Azərbaycan donor ölkəyə çevrilib

Tarix:Bu gün, 10:31
Baxış Sayı:7

BMT-dəki nümayəndəmiz: Azərbaycan donor ölkəyə çevrilib

Azərbaycanın müstəqilliyini yenidən qazandıqdan bəri humanitar yardım alan ölkədən donor ölkəyə çevrilib.
Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev qurumun İqtisadi və Sosial Şurasının (ECOSOC) Humanitar İşlər Seqmentinin ümumi müzakirələrində səsləndirdiyi bəyanatda vurğulayıb.

Bəyanatın mətni daimi nümayəndəliyin "X" sosial media hesabında paylaşılıb.

T. Musayev Azərbaycanın BMT Humanitar İşlərin Əlaqələndirilməsi Ofisi (OCHA ilə əməkdaşlığı və dövlət qurumları tərəfindən göstərilən ikitərəfli yardımları vasitəsilə qlobal humanitar səylərə fəal töhfə verdiyini qeyd edib.

Eyni zamanda, o, Azərbaycanın öz ərazisindəki keçmiş münaqişənin dağıdıcı təsirindən irəli gələn ciddi humanitar çağırışlarla qarşılaşmaqda davam etdiyini diqqətə çatdırıb:

"Bura Ermənistandan olan təxminən 300 000 azərbaycanlı qaçqın, Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən olan 700 000-dən çox məcburi köçkün, həmin ərazilərdə törədilmiş genişmiqyaslı dağıntılar və 4000-dən çox itkin düşmüş şəxsin taleyi və yeri ilə bağlı hələ də davam edən qeyri-müəyyənlik daxildir".

Daimi nümayəndə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri barədə məlumat verib, mina və digər partlayıcı qalıqlarının hələ də mövcudluğuna toxunub:

"Azərbaycan humanitar minatəmizləməni özünün 18-ci Milli Davamlı İnkişaf Məqsədi elan edib. Mina təhlükəsinin böyüklüyü gücləndirilmiş hesabatlılıq, daha sıx beynəlxalq həmrəylik və tərəfdaşlıq, habelə milli minatəmizləmə potensialına və səylərinə dəstəyin artırılmasını tələb edir".

Yekunda Azərbaycanın BMT-nin məqsəd və prinsiplərinə, eləcə də beynəlxalq səviyyədə razılaşdırılmış müvafiq çərçivələrə uyğun olaraq, həssas əhali qruplarına effektiv, vaxtında və prinsipial humanitar yardımın çatdırılmasına yönəlmiş beynəlxalq səylərə sadiqliyini bir daha təsdiqlədiyi bildirilib.

Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində görüşə çıxmadı
Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində görüşə çıxmadı
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var - DİM saylarını açıqladı
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdləri var - DİM saylarını açıqladı
BMT-dəki nümayəndəmiz: Azərbaycan donor ölkəyə çevrilib
BMT-dəki nümayəndəmiz: Azərbaycan donor ölkəyə çevrilib
Zelenskiyə ağır zərbə: 84 il öncəki hadisəyə görə "Ağ Qartal" əlindən alındı
Zelenskiyə ağır zərbə: 84 il öncəki hadisəyə görə