veten informasiya agentliyi

Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər

Tarix:7-06-2026, 13:28
Baxış Sayı:51

Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər


Konqo Demokratik Respublikası (KDR) və Uqandada tüğyan edən Ebola epidemiyası tarixdə ən böyük yoluxma hallarından birinə çevrilə bilər.

Bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) yayımladığı hesabatda xəbərdarlıq edib.

Hesabatda qeyd olunur ki, xəstələrin yalnız 20%-nin təcrid edilməsi halında üç ay ərzində yoluxmaların sayının 20 minə çatma ehtimalı 65% təşkil edir. Əhalinin 70%-nin təcrid olunması vəziyyətində isə bu risk 5%-ə qədər azalır.

"Bu nəticələr ictimai səhiyyə sahəsində effektiv tədbirlərin vacibliyini göstərir. Çünki hazırkı epidemiya Bundibucyo virusunun törətdiyi Ebola qızdırmasının indiyədək qeydə alınmış ən böyük epidemiyasıdır və qısa müddət ərzində tarix boyu müşahidə edilən ən böyük Ebola epidemiyalarından birinə çevrilə bilər", - deyə hesabatda bildirilir.

Son məlumatlara görə, KDR-də indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb.

70 üstəgəl bir... Ömür düsturuna yeni bir il əlavə olundu
70 üstəgəl bir...  Ömür düsturuna yeni bir il əlavə olundu
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Ukrayna Rusiyaya 1198 dronla hücum etdi - Ölənlər var
Ukrayna Rusiyaya 1198 dronla hücum etdi - Ölənlər var
Bakıda kütləvi dava: Bıçaqlananlar var
Bakıda kütləvi dava: Bıçaqlananlar var
Ermənistanda həbsdə xarici vətəndaşlar: 135 iranlı, 9 türkiyəli...
Ermənistanda həbsdə xarici vətəndaşlar: 135 iranlı, 9 türkiyəli...
Neftin qiyməti yenidən qalxdı
Neftin qiyməti yenidən qalxdı
Narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu
Narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu
Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?