veten informasiya agentliyi

Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO

Tarix:22-05-2026, 10:36
Baxış Sayı:74

Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO

Amerikanın paytaxtı Vaşinqton şəhərində Türkiyədə yaşayıb-yaradan, 1983-cü ildə 85 yaşında vəfat edən Azərbaycan əsilli böyük rəssam İbrahim Safinin həyat və yaradıcılığına həsr olunan “Rəngləri danışdıran adam” sənədli filminin və eyni adlı kitabın təqdimat mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə tədbirin təşəbbüskarlarından və təşkilatçılarından biri olan diaspora fəalı, siyasi şərhçi və jurnalist Zaur Bayramlı məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin ABŞ-dakı ən böyük diaspor təşkilatlarından olan ATA DC-nin mərkəzi ofisində keçirilən tədbirin təşkilatçıları sırasında ATA DC və Mədəniyyətlərarası Diplomatiya Fondu da yer alıb.
Yüksək səviyyədə təşkil olunan tədbirdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyə səfirliyinin baş müstəşarı Melih Güngör, Şimali Kipr Türk Cümhuriyyətinin ABŞ-dakı təmsilçisi səfir Damla Güçlü, Türk Ordusunun Amerikadakı nümayəndəliyinin rəhbəri general Alparslan Güldal iştirak edərək çıxış ediblər.
Tədbiri giriş sözü ilə ATA DC təşkilatının rəhbəri Sevtap Schreffler açıb.
Daha sonra çıxış edən səfir Xəzər İbrahim, Melih Güngör, Damla Güçlü, Zaur Bayramlı, Leyla Məmmədli və filmin müəllifi, araşdırmaçı-yazar Jalə Cəfərova İbrahim Safinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.
Çıxışlarda bildirilib ki, İbrahim Safi hələ yeniyetmə yaşlarında könüllü olaraq Nuru Paşanın komandanlığı altında fəaliyyət göstərən Qafqaz İslam Ordusuna qoşulub. Daha sonra Türkiyəyə köçərək Qurtuluş savaşında da könüllü iştirak edib.
Qeyd olunub ki, istedadlı rəssam Mustafa Kamal Atatürkün diqqətini çəkərək onun rəğbət və etimadını qazanıb. Bu səbəbdən də Atatürkün portretini naturadan – canlı olaraq çəkən ilk rəssamlardan biri kimi tarixə düşüb.
Tədbir çərçivəsində ümumi müddəti bir saat olan sənədli filmin 20 dəqiqəlik qısa versiyası nümayiş etdirilib. Daha sonra müəllif Jalə Cəfərova tərəfindən kitablar imzalanaraq qonaqlara təqdim olunub.
Rəsmi hissədən sonra iştirakçılar üçün tədbirin sponsoru olan, ABŞ-ın Virciniya ştatında fəaliyyət göstərən “Istanbul Kitchen” restoranı tərəfindən türk milli mətbəxinin nümunələri təqdim edilib.
Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin diplomatları ilə yanaşı, hər iki ölkənin ABŞ-dakı diaspor nümayəndələri və xarici qonaqlar da iştirak ediblər.

Musavat.com

Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO
Vaşinqtonda azərbaycanlı rəssam İbrahim Safiyə həsr olunan film və kitab təqdim olundu - FOTO/VİDEO

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək

Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı

DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb

Odessada yaşayış binası vuruldu: 17 yaralı var

Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir

Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir