veten informasiya agentliyi

Bu şəxslər aylıq 1000 manat mükafat alacaq

Tarix:15-05-2026, 12:24
Baxış Sayı:61

Bu şəxslər aylıq 1000 manat mükafat alacaq


Bu il Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə çalışan 500 tədqiqatçının hər ay 1000 manatadək məbləğdə mükafatlandırılması nəzərdə tutulur.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, cari ildə layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq şirkət olan "Clarivate"in mütəxəssisləri və Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib. Yenilənmiş qaydalar Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunub.
2024-cü ildən etibarən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən "Alimlərin maddi mükafatlandırılması layihəsi" 2026-cı ildə də davam etdirilir.
Yeni qaydalara əsasən, mükafatlandırılacaq tədqiqatçıların sayı artırılıb, eləcə də qiymətləndirmə meyarları genişləndirilib. Belə ki, "Web of Science Core Collection" bazasında indekslənən Q1 və Q2 kateqoriyalı jurnallarla yanaşı, Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan elmi işlər də qiymətləndirməyə daxil edilib. Bundan əlavə, tədqiqat nəticələrinin real sektora transferinin təşviqi məqsədilə ilk dəfə olaraq patent və faydalı modellər hesablama mexanizminə bonus bal kimi əlavə olunub.
Müqayisə üçün qeyd edək ki, layihənin ilk ilində 150-dək, 2025-ci ildə isə 300-dək alim bu imkandan yararlanıb. Təkmilləşdirilmiş qaydaların tətbiqinə 2026-cı ilin may ayından başlanılacaq. Layihənin əsas məqsədi elmi fəaliyyətin nəticəyönümlülüyünü artırmaq, tədqiqatçıların beynəlxalq elmi bazalarda fəallığını təşviq etmək və elmi nəticələrin praktik tətbiqinə dəstək verməkdir.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir