veten informasiya agentliyi

“Yelo Bank” məsələsində yeni detallar: Rəsmi AÇIQLAMA

Tarix:6-05-2026, 12:31
Baxış Sayı:53

“Yelo Bank” məsələsində yeni detallar: Rəsmi AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı "Yelo Bank"a tətbiq edilən sanksiyalarla bağlı açıqlama verib.
Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
T.Kazımov bildirib ki, məsələ Avropa İttifaqının 20-ci sanksiya paketi çərçivəsində baş verib.
Onun sözlərinə görə, Mərkəzi Bank məsələ ilə bağlı bankla daim əlaqə saxlayır və hazırda ciddi risklər müşahidə olunmur:
"Bank kifayət qədər dayanıqlıdır. Həm likvidlik, həm də kapital adekvatlığı baxımından hər hansı mənfi gözləntimiz yoxdur".
T.Kazımov qeyd edib ki, sanksiyalar müəyyən ödənişlərdə çətinlik yarada bilsə də, son həftələrdə aparılan müzakirələr zamanı ciddi problem qeydə alınmayıb.
Əlavə edib ki, qərarın səbəbləri ilə bağlı araşdırmalar aparılır və məsələ hüquqi müstəviyə çıxarılacaq:
"Ümid edirik ki, növbəti aylarda Avropa İttifaqı bu qərarını dəyişdirəcək. Çünki hər hansı əsaslı səbəb görmürük".
O, həmçinin bildirib ki, bankın Rusiya Federasiyasının SPFS sisteminə qoşulması ilə bağlı iddialar köhnə dövrə aiddir:
"Bu qoşulma münaqişədən əvvəl olub və sistem istifadə edilmədən bağlanıb. Ola bilsin ki, burada anlaşılmazlıq var".

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir