veten informasiya agentliyi

Banklarda nəzarət SƏRTLƏŞİR - Vergiyə birbaşa məlumat gedir

Tarix:6-05-2026, 12:25
Baxış Sayı:52

Banklarda nəzarət SƏRTLƏŞİR - Vergiyə birbaşa məlumat gedir

Azərbaycanda bankların sahibkarların maliyyə əməliyyatları ilə bağlı məlumatları Vergi Xidmətinə təqdim etməsi qanunvericiliyə əsasən həyata keçirilir.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov jurnalistlərin suallarınl cavablandırarkən deyib.

Onun sözlərinə görə, qanuna əsasən banklar VÖEN-i olan şəxslərin məlumatlarını mütəmadi şəkildə Vergi Xidmətinə təqdim etməlidir:

"Qanun bu gün deyir ki, banklar sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yəni VÖEN-i olanın məlumatını ayda bir dəfə Vergi Xidmətinə verməlidir".

T.Kazımov qeyd edib ki, debet kart VÖEN-ə bağlı olduqda həmin məlumatlar avtomatik olaraq vergi orqanlarına ötürülür. Əks halda isə proses fərqli işləyir:

"Debet kart VÖEN-ə bağlı deyilsə və bank həmin əməliyyatlarda şübhə görürsə ki, bu sahibkarlıq fəaliyyətidir, onu şübhəli tranzaksiya kimi Maliyyə Monitorinqi Xidmətinə göndərir".

Nəzərə çatdırıb ki, Maliyyə Monitorinqi Xidməti həmin məlumatları təhlil edir və vergidən yayınma və ya digər qanun pozuntusu aşkar etdikdə məlumatı Vergi Xidmətinə və ya aidiyyəti qurumlara yönləndirir:

"Bu normal beynəlxalq praktikadır".

T.Kazımov bildirib ki, biznes fəaliyyəti ilə bağlı əməliyyatlar mütləq sahibkar hesabları üzərindən aparılmalıdır:

"Sahibkarlıq fəaliyyəti ilə əməliyyatları sahibkarlıq hesabları üzərindən keçirsinlər, onda onlara heç kim toxunmayacaq".

Əlavə edib ki, fiziki şəxslərin kartları üzərindən gün ərzində onlarla və ya yüzlərlə köçürmə şübhə yarada bilər və bu halda banklar araşdırma aparır.

T.Kazımov qeyd edib ki, şübhəli əməliyyatlar yalnız vergidən yayınma ilə bağlı deyil, həm də çirkli pulların yuyulması və ya dələduzluq ehtimalları ilə əlaqədar araşdırılır

"Fərqi yoxdur fiziki şəxsdir, ya hüquqi şəxs. Şübhəli əməliyyat varsa, Maliyyə Monitorinqi bunu təhlil edir".

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir