veten informasiya agentliyi

Dünyanın sonu ilə bağlı dəqiq tarix açıqlandı: Qiyamət gününə çox az qalıb

Tarix:30-04-2026, 10:55
Baxış Sayı:54

Dünyanın sonu ilə bağlı dəqiq tarix açıqlandı: Qiyamət gününə çox az qalıb

Alimlər kainatın sonu ilə bağlı növbəti sarsıdıcı araşdırmanı təqdim ediblər. Tədqiqatçıların gəldiyi qənaətə görə, bəşəriyyətin və bütün qalaktikaların məhvinə düşündüyümüzdən daha az vaxt qalıb.
Tədqiqatçılar kainatın Böyük Partlayışdan 33,3 milyard il sonra tamamilə yox olacağını hesablayıblar. Hazırda kainatın yaşının təxminən 13,8 milyard il olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, "Qiyamət günü"nə cəmi 19,5 milyard il qalıb.
Alimlərin irəli sürdüyü ən real ssenari "Böyük Sıxılma" ("Big Crunch") adlanır. Bu nəzəriyyəyə görə, kainatın hazırkı genişlənməsi vaxt keçdikcə dayanacaq və əks proseslə əvəz olunacaq. Nəticədə bütün ulduzlar, planetlər və qalaktikalar sürətlə bir-birinə yaxınlaşmağa başlayacaq və sonda vahid bir nöqtədə toplanaraq bir-birini əzəcək. Bu prosesdən sonra kosmik obyektlərin indiki formasından əsər-əlamət qalmayacaq.
Tədqiqatda həmçinin qeyd olunur ki, kainatın sonunda hər şeyin nəhəng qara dəliklərə çevrilməsi ehtimalı da çox yüksəkdir. Alimlər dünyamızın sonu üçün iki əsas variant görürlər: ya kainat sonsuzadək genişlənərək soyuyacaq və qaranlığa qərq olacaq, ya da "Böyük Sıxılma" nəticəsində hər şey vahid nöqtədə məhv olacaq.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu