veten informasiya agentliyi

Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib

Tarix:28-04-2026, 17:15
Baxış Sayı:48

Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən Respublika fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanan şagirdlər və onların məktəb rəhbərləri ilə onlayn görüş təşkil olunub.
Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov çıxış edərək ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən bəhs edib. O, final mərhələsinə yüksələn şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb və belə bilik yarışlarında iştirakın əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbir zamanı ötən tədris ilində final mərhələsində iştirak etmiş şagirdlər öz təcrübələrini bölüşərək ilk dəfə finala qatılan iştirakçılara tövsiyələr veriblər. Onlar həmçinin olimpiada həyəcanının idarə olunması və yaradılan əlverişli şərait barədə məlumat veriblər.
Görüşdə çıxış edən RTİ-nin tədrisin keyfiyyəti sektorunun müdiri, yerli təhsil sektorlarının müdirləri və məktəb direktorları da şagirdlərə uğurlar arzulayıb, onların yüksək nəticələr əldə edəcəklərinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, final mərhələsinə İsmayıllı rayonu üzrə 27 nəfər, Ağsu rayonu üzrə 5 nəfər, Şamaxı rayonu üzrə 4 nəfər, Qobustan rayonu üzrə 4 nəfər olmaqla ümumilikdə 40 nəfər şagird vəsiqə qazanıb.
Finalda iştirak edəcək bütün şagirdlərimizə uğurlar arzulayırıq.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #RFO #Şagird #Görüş

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir