veten informasiya agentliyi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında regional şahmat turniri keçirilib

Tarix:28-04-2026, 15:46
Baxış Sayı:51

“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında regional şahmat turniri keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İdarənin müdir müavini Elmin Məmmədtağıyev, Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov iştirakçılara uğurlar arzulayıb, belə tədbirlərin şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, şahmat kimi intellektual oyunlar gənclərin analitik düşünmə qabiliyyətini inkişaf etdirir, qərarvermə bacarıqlarını gücləndirir və onların gələcək uğurlarına mühüm töhfə verir. İdarə müdiri əlavə edib ki, bu cür yarışların mütəmadi təşkili şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir və onların hərtərəfli inkişafına şərait yaradır.
Gərgin və maraqlı keçən intellektual mübarizənin nəticələrinə əsasən, Gəncə şəhərini təmsil edən komanda birinci yerə layiq görülüb.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdən ibarətdir.
#ZəkalarınMübarizəsi #Şahmat

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək

Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı

DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb

Odessada yaşayış binası vuruldu: 17 yaralı var

Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir

Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir