veten informasiya agentliyi

PIRLS 2026 tədqiqatının (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) əsas mərhələsinin keçirilməsinə start verilib

Tarix:28-04-2026, 15:43
Baxış Sayı:50

21 aprel tarixindən etibarən IV sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən beynəlxalq PIRLS 2026 tədqiqatının (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) əsas mərhələsinin keçirilməsinə start verilib.
Tədqiqatın əsas mərhələsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 14 ümumi təhsil müəssisindən194 şagird, 6 direktor, 9 nəfər müəllim iştirak edib.
Tədqiqatda şagirdlər oxu sahəsi üzrə testlərlə yanaşı, onların təhsil və sosial mühiti ilə bağlı sorğu suallarını da cavablandırırlar.
Həmçinin, valideynlər, məktəb rəhbərləri və tədqiqatda iştirak üçün seçilmiş siniflərin müəllimləri də sorğuda iştiraka cəlb edilirlər.
Qeyd edək ki, PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 2016-cı ildən bəri şagirdlərin yalnız ənənəvi materiallar üzrə deyil, həm də onlayn mühitdə (ePIRLS) təqdim olunmuş materiallar üzrə oxu savadlılığını ölçür. Azərbaycan ilk dəfə bu qiymətləndirmə dövründə ePIRLS-də iştirak edir. ePIRLS şagirdlərin onlayn mühitdə lazım olan məlumatı tapa bilmək və həmin məlumatı digər məlumatlarla əlaqələndirib təhlil etmək qabiliyyətini qiymətləndirir.
Təhsil sahəsində qlobal miqyasda əhəmiyyətli göstəricilərdən biri hesab edilən bu tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir.
Ölkəmizdə tədqiqatın həyata keçirilməsi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir