veten informasiya agentliyi

Qəhvə ürək döyüntüsünün artmasına səbəb olursa... - Kardioloqdan vacib xəbərdarlıq

Tarix:23-04-2026, 22:01
Baxış Sayı:46

Qəhvə ürək döyüntüsünün artmasına səbəb olursa... - Kardioloqdan vacib xəbərdarlıq


Kardioloq Valeriya Bonadıykova qəhvənin ürək sağlamlığına təsiri ilə bağlı diqqətçəkən açıqlama verib.
Həkimin sözlərinə görə, qəhvənin orqanizmə təsiri onun miqdarından, tündlüyündən və günün hansı saatında qəbul edilməsindən asılıdır. Həddindən artıq qəhvə içilməsi ürək döyüntülərinin sürətlənməsinə, ürəkdə ritm pozuntusu hissinə və yuxu problemlərinə səbəb ola bilər. Xüsusilə qəhvəni fasilələrlə, lakin böyük porsiyalarla qəbul edən insanlarda bu cür təsirlər daha çox müşahidə olunur.
Kardioloq bildirib ki, ürək-damar xəstəliklərinin profilaktikasında qəhvənin olub-olmaması əsas rol oynamır. Onun sözlərinə görə, daha vacib amillər qan təzyiqinə, şəkər və xolesterin səviyyəsinə nəzarət, siqaretdən imtina, müntəzəm idman, artıq çəkidən uzaq durmaq və keyfiyyətli yuxudur.
“Əgər qəhvə yuxuya getməyi gecikdirir və yuxunun keyfiyyətini aşağı salırsa, bu zaman təzyiq və ümumi vəziyyət pisləşir. Adətən belə bir dövr yaranır: insan yorğunluğu kofe ilə kompensasiya edir, yuxu daha da pozulur və səhər yenidən qəhvəyə ehtiyac artır. Bu isə simptomlara həssaslığı artırır”, - deyə həkim əlavə edib.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir