veten informasiya agentliyi

Ayın görünməyən tərəfi - Astronavtlar orada nə gürüblər?

Tarix:5-04-2026, 08:34
Baxış Sayı:65

Ayın görünməyən tərəfi - Astronavtlar orada nə gürüblər?

"Artemis II" missiyasının "Orion" kosmik gəmisinin heyət üzvləri BBC-yə verdikləri müsahibədə Ayın görünməyən tərəfini ilk dəfə gördüklərindən danışıblar.
NASA astronavtları Rid Uayzman, Viktor Qlover və Kristina Kox, həmçinin Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen Yer kürəsinin peyki ətrafında dövrə vuracaq missiyalarının üçüncü gününə qədəm qoyublar.
"Dünən gecə biz Ayın arxa tərəfini ilk dəfə gördük və bu, sadəcə möhtəşəm idi. Düşünürəm ki, Ayın fərqli görünən maraqlı xüsusiyyətlərindən biri onun qaranlıq sahələridir. Bu, əvvəllər heç vaxt görmədiyimiz bir şeydir", — deyə Kristina Kox qeyd edib.
Aprelin 2-nə keçən gecə Florida ştatındakı Con Kennedi adına Kosmik Mərkəzin 39A meydançasından "Orion" kosmik gəmisi ilə birlikdə birdəfəlik istifadə üçün nəzərdə tutulan "Space Launch System" (SLS) ifrat ağır raketi start götürüb. "Artemis II" çərçivəsində içərisində insanların olduğu gəmi son 50 ildən artıq müddətdə ilk dəfə Yerətrafı orbiti tərk edəcək və Ayın yaxınlığından uçub keçəcək.

Azərbaycan və Çin Baş prokurorları arasında görüş keçirildi
Azərbaycan və Çin Baş prokurorları arasında görüş keçirildi
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır