veten informasiya agentliyi

Kömür mədənlərinin yerini Süni İntellekt mərkəzləri tutacaq

Tarix:20-03-2026, 10:15
Baxış Sayı:60

 Kömür mədənlərinin yerini Süni İntellekt mərkəzləri tutacaq

Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Almaniya qlobal texnologiya yarışında mövqeyini möhkəmləndirmək üçün radikal qərar qəbul edir. Almaniya Rəqəmsal İşlər Nazirliyi tərəfindən hazırlanan yeni siyasət sənədinə əsasən, istifadəsi dayandırılan kömür mədənləri və elektrik stansiyaları müasir məlumat mərkəzlərinə (data center) çevriləcək.
 Almaniya hökumətinin qəbul etməyə hazırlaşdığı 28 maddəlik tədbirlər paketi ilə məlumat mərkəzi tutumunun iki qat, süni intellekt mərkəzlərinin isə dörd qat artırılması planlaşdırılır.
Məqsəd Almaniyanı Avropanın ən böyük rəqəmsal qovşağına çevirməkdir.
Planın ən maraqlı tərəfi köhnə linyit kömürü mədənlərinə məxsus infrastrukturdan istifadə edilməsidir. Bu stansiyalar artıq şəbəkəyə bağlı olduğu üçün onların məlumat mərkəzinə çevrilməsi həm vaxta, həm də vəsaitə qənaət edəcək.
Şirkətlər vergiləri öz mərkəzi ofislərinə deyil, obyektin yerləşdiyi bələdiyyəyə ödəyəcək ki, bu da yerli əhalinin layihəni dəstəkləməsini təmin edəcək.
Almaniya bu mərkəzlərin tamamilə bərpa olunan enerji ilə işləməsini hədəfləyir. Bundan əlavə, serverlərin soyudulması zamanı yaranan artıq istilik yerli istilik şəbəkələrinə vergisiz və ödənişsiz ötürüləcək ki, bu da ekoloji səmərəliliyi artıracaq.
Yeni siyasət həm də xarici bulud xidmətlərindən asılılığı azaltmağı nəzərdə tutur.
Alman və Avropa şirkətlərinə üstünlük veriləcək.
Almaniyada dövlət-özəl tərəfdaşlığı ilə Avropanın liderliyi altında böyük bir "Süni İntellekt Gigafabriki"nin qurulması gündəmdədir.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu