veten informasiya agentliyi

Naxçıvana düşən dronun üzərinə nə yazılıb?

Tarix:6-03-2026, 10:47
Baxış Sayı:81

Naxçıvana düşən dronun üzərinə nə yazılıb?

Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçuş aparatının (PUA) qalıqlarına dair görüntülər yayılıb.
Həmin görüntülərin yayılmasından sonra sosial şəbəkələrin Azərbaycan və İran seqmentlərində PUA-nın üzərində guya “İstehsalat Birliyi” ifadəsinin yazıldığı barədə iddialar səsləndirilib.
Bəzi istifadəçilər bundan yola çıxaraq dronun Azərbaycan istehsalı olması ilə bağlı əsassız versiyalar irəli sürməyə cəhd ediblər. Lakin yayılan görüntülərin təhlili göstərir ki, “İstehsalat Birliyi” ifadəsi PUA-nın üzərində deyil. Sözügedən yazı hadisə yerindən qalıqların çıxarılması məqsədilə istifadə olunan torbalara yazılıb.
Baku TV-nin təqdim etdiyi növbəti görüntülərdə də hadisə yerində üzərinə “İstehsalat Birliyi” yazılmış bir neçə torbanın olduğu diqqət çəkir.
Bununla yanaşı, ötən gün Naxçıvana atılan dronun İran istehsalı “Araş-2” PUA-sı olması artıq SEPAH mənbələri tərəfindən də təsdiqlənib.
Belə bir həssas məqamda sosial şəbəkələrdə yayılan bu cür absurd iddialara inanmamaq və onları tirajlamamaq zəruridir.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir