veten informasiya agentliyi

Koronavirusun bilinməyən fəsadı üzə çıxdı - Yoluxanların 35 faizində...

Tarix:3-03-2026, 16:09
Baxış Sayı:77

Koronavirusun bilinməyən fəsadı üzə çıxdı - Yoluxanların 35 faizində...

Koronavirus infeksiyasını keçirən şəxslərin əhəmiyyətli hissəsində sonradan böyrəklərlə bağlı problemlər yarana bilər.

Nefroloq Andrey Vatazin bildirib ki, "COVID-19" keçirmiş xəstələrin təxminən 35 faizində müxtəlif dərəcəli böyrək zədələnməsi müşahidə olunur. Onun sözlərinə görə, bir çox insan xəstəliyin ilkin mərhələsində olduğu üçün hələlik heç bir əlamət hiss etmir.
Mütəxəssis vurğulayıb ki, koronavirusdan sağalan şəxslər mütləq terapevt tərəfindən yoxlanmalı və ehtiyac olduqda ixtisaslaşmış həkimə yönləndirilməlidirlər. Çünki böyrəklər orqanizmdə mühüm funksiyalar yerinə yetirir: qanı zərərli maddələrdən təmizləyir, artıq mayeni xaric edir, arterial təzyiqi tənzimləyir və elektrolit balansını qoruyur.
Böyrək fəaliyyəti pozulduqda isə ödem yaranır, sümüklər zəifləyə bilər və təzyiq problemləri ortaya çıxar. Xəstəlik ağır mərhələyə çatdıqda dializ müalicəsi və hətta orqan transplantasiyası zəruri ola bilər.
Həkimin sözlərinə görə, "COVID-19" infeksiyasından sonrakı ilk altı ay ərzində sağalmış şəxslərdə böyrək funksiyasının azalması riski təxminən 35 faiz artır. Bu prosesin dəqiq mexanizmi hələ tam aydınlaşdırılmayıb. Lakin yüksək hərarət, virus yükü və qanda şəkərin artması böyrəklərə mənfi təsir göstərə bilər. Bu isə diabetin aktivləşməsinə şərait yaradır.
Mütəxəssislər koronavirusun autoimmun prosesləri də gücləndirə biləcəyini qeyd ediblər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu