veten informasiya agentliyi

"Yalnız bir vətəndaşımız xəsarət alıb" - Ayxan Hacızadə

Tarix:1-03-2026, 12:22
Baxış Sayı:51

"Yalnız bir vətəndaşımız xəsarət alıb" - Ayxan Hacızadə


"Böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir".
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.
O qeyd edib ki, vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir:
"İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində olan Azərbaycan vətəndaşlarının İrandan çıxışı üçün yerləşmə bölgəsindən asılı olaraq Azərbaycan və Türkiyə quru sərhəddindən istifadə olunur. İndiyə qədər 30 nəfər vətəndaşımız Azərbaycan sərhəddindən keçid edib".
Ayxan Hacızadə bildirib ki, ümumilikdə, bölgədə hava məkanının bağlı olduğunu diqqətə alaraq, indiki məqamda vətəndaşların təxliyyəsi nəzərdə tutulmur:
"Hazırda bölgədə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur".

Bayramov Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti açıqladı
Bayramov Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti açıqladı
Əlillik təyinatı ilə bağlı yeni rəqəmlər açıqlandı
Əlillik təyinatı ilə bağlı yeni rəqəmlər açıqlandı
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...
Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...
“GPT-5.6” süni intellekt modeli bu gün ümumi istifadəyə verilir
“GPT-5.6” süni intellekt modeli bu gün ümumi istifadəyə verilir
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Lənkəran və Yevlaxda əməliyyat: 3 nəfər saxlanıldı
Lənkəran və Yevlaxda əməliyyat: 3 nəfər saxlanıldı