veten informasiya agentliyi

Süd Yolu qalaktikasında "qara dəlik sürüsü" dolaşır: Palomar 5-in sirri açıldı

Tarix:27-02-2026, 10:54
Baxış Sayı:104

 Süd Yolu qalaktikasında "qara dəlik sürüsü" dolaşır: Palomar 5-in sirri açıldı

Astronomlar Süd Yolu qalaktikasının uzaq nöqtələrində yerləşən "Palomar 5" ulduz topasının mərkəzində 100-dən çox qara dəliyin gizləndiyini aşkar ediblər. Bu görünməz nəhənglər ulduz topasını daxildən parçalayaraq onu qeyri-adi bir formaya salır.

Bizdən təxminən 80 min işıq ili uzaqlıqda yerləşən Palomar 5 göy üzündə 30 min işıq ili boyunca uzanan bir "ulduz çayı"na (axıntısına) sahibdir. Alimləri maraqlandıran isə bu ulduzların niyə bu qədər dağınıq və uzun bir zəncir şəklində olması idi.

Barselona Universitetinin astrofiziki Mark Qiles və komandası kompüter simulyasiyaları vasitəsilə maraqlı bir nəticəyə gəliblər.

Topanın ümumi kütləsinin 20%-dən çoxu qara dəliklərdən ibarətdir. Bu, gözləniləndən 3 dəfə çoxdur.

Mərkəzdəki qara dəliklərin güclü cazibə qüvvəsi ulduzları sapand kimi xaricə fırladır. Bu səbəbdən topadakı ulduzlar azalır, qara dəliklərin nisbəti isə artır.

Təxminən 1 milyard il sonra Palomar 5-də bir dənə də olsun ulduz qalmayacaq. Geriya yalnız qalaktika mərkəzi ətrafında dövr edən "qara dəlik sürüsü" qalacaq.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu