veten informasiya agentliyi

Qızılın saxta olub-olmadığını ev şəraitində belə bilmək olar

Tarix:22-02-2026, 11:28
Baxış Sayı:142

Qızılın saxta olub-olmadığını ev şəraitində belə bilmək olar


Son aylarda qızılın qiymətinin bahalaşması fonunda bazarda saxta məhsulların sayı artıb, alıcılar isə aldıqları zinət əşyasının və ya qram qızılın həqiqi olub-olmadığı ilə bağlı tərəddüd yaşayır. Ekspertlər bildirir ki, saxta qızılı ilkin mərhələdə müəyyən etməyin ən sadə yollarından biri onun çıxardığı səsdir.
Zərgərlərin uzun illərdir istifadə etdiyi üsula görə, həqiqi qızıl sərt səthə yüngül toxunduqda və ya metal əşyaya asta vurulduqda incə, təmiz və bir neçə saniyə davam edən cingilti yaradır. Aşağı əyarlı və ya saxta məhsullarda isə səs qısa, boğuq və kəsik-kəsik eşidilir. Bu fərq xüsusilə çeyrək, yarım və tam qızıl sikkələrdə daha aydın hiss olunur.
Bununla yanaşı, səs testi yekun nəticə sayılmır. Mütəxəssislər maqnit yoxlamasını da tövsiyə edirlər. Həqiqi qızıl maqnitə reaksiya vermir, əgər məmulat maqnitə yapışırsa, tərkibində başqa metalların olması ehtimalı artır. Qızılın çəkisi və üzərindəki əyar damğası da diqqət yetirilməli əsas detallardandır. Qızıl sıx metal olduğundan normadan yüngül məmulatlar şübhə doğurur.

Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
70 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Ermənistan susuz qala bilər: Azərbaycanın tarixi gölü quruyur
Sentyabrda hava necə olacaq? - Proqnoz
Sentyabrda hava necə olacaq? - Proqnoz
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
Ötən həftə bu qədər ərazi minalardan təmizləndi
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
İsmayıllıda oğurluq edən şəxs saxlanıldı
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş
Sensasion iddia: İspaniyaya miqrant hücumunu Rusiya və İsrail təşkil edibmiş