veten informasiya agentliyi

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Tarix:22-02-2026, 11:23
Baxış Sayı:39

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu təbrik edib.


"Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.

Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qardaş ölkənizin "ACWA Power" şirkəti tərəfindən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlarda istismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir.

Əminəm ki, Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizi və qardaş xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Bu ayın bütün sosial ödənişləri ödənildi
Bu ayın bütün sosial ödənişləri ödənildi
Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Azərbaycanda ölüm halları artıb
Azərbaycanda ölüm halları artıb
Tanınmış reper 59 yaşında VƏFAT edib
Tanınmış reper 59 yaşında VƏFAT edib
Heç vaxt üzr istəməyən bürclər
Heç vaxt üzr istəməyən bürclər
Sahibə Qafarova Azərbaycanın Baş Konsulluğunda oldu
Sahibə Qafarova Azərbaycanın Baş Konsulluğunda oldu
Azərbaycan XİN Çinə başsağlığı verdi
Azərbaycan XİN Çinə başsağlığı verdi
Ukrayna Moskvaya atəşkəs təklifi edib
Ukrayna Moskvaya atəşkəs təklifi edib