veten informasiya agentliyi

Ukrayna ərazisinin neçə faizini itirib? - ABŞ kəşfiyyatı hesabat yaydı

Tarix:20-02-2026, 11:09
Baxış Sayı:143

 Ukrayna ərazisinin neçə faizini itirib? - ABŞ kəşfiyyatı hesabat yaydı

ABŞ Müdafiə Kəşfiyyat Agentliyi Konqresə 2025-ci ilin ikinci yarısı üçün "Atlantik Qətiyyət Əməliyyatı" ilə bağlı hesabat təqdim edib.
Sənəddə ilin sonuna qədər Rusiya qüvvələrinin əsas ərazilərdə Ukrayna silahlı qüvvələri üzərində ümumi üstünlüyünü qoruduğu bildirilir. Hesabat Pentaqonun Baş Müfəttiş Ofisinin saytında dərc edilib.
Hesabatda qeyd olunur ki, illərlə davam edən gərgin döyüşlər Ukrayna ordusunu ciddi şəkildə tükəndirib. Müəlliflərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri taktiki hücumları dəf etməkdə çətinlik çəkirlər. Qeyd olunur ki, münaqişənin başlanğıcından bəri Ukrayna ərazisinin təxminən 20 faizini itirib.
ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya qüvvələri bütün cəbhə xətti boyunca əməliyyatlarını dəstəkləmək üçün hücum qruplarından daha effektiv istifadə etməyə başlayıb. Bu arada, Ukrayna qüvvələri şəxsi heyət çatışmazlığı, məhdud hava dəstəyi və müdafiəni yarmaqda çətinliklərlə üzləşir.
Ukraynada hərbi yaşda olan kişilərin sayının azalması, ehtiyatların hazırlanmasındakı çətinliklər və Qərbin yardımından asılılıq ayrıca vurğulanır. Hava hücumundan müdafiə raketlərinin qeyri-sabit təchizatı da qeyd olunur.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir