veten informasiya agentliyi

İlham Əliyev: Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları var

Tarix:15-02-2026, 12:07
Baxış Sayı:89

İlham Əliyev: Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları var

Prezident İlham Əliyev Münxendə keçirilən panel müzakirələrdə Ermənistan konstitusiyası ilə bağlı mühüm açıqlamalar verib.
Dövlət başçısı “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda təşkil olunan paneldə erməni nümayəndənin təxribat xarakterli sualına cavabında bildirib ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.
“Bilirsiniz, hüquqi məsələlərə gəldikdə, Ermənistan konstitusiyası ilə bağlı məsələdə mən təfərrüata çox getmək istəməzdim. Siz burada qeyd etdiniz, müstəqillik haqqında bəyannaməyə gəldikdə, Ermənistanın mətnində Azərbaycana ərazi iddiaları var. Bu, preambulada yazılıb”, – Prezident qeyd edib.
İlham Əliyev vurğulayıb ki, bu məsələ Ermənistan konstitusiyasında açıq şəkildə əks olunub və bunu yoxlamaq mümkündür.
“Konstitusiyada bu var, “Vikipediya”dan yoxlaya bilərik. Görüşümüzü başa çatdırmadan baxa bilərsiniz. Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz. Hüquqşünas deyiləm, amma bunu başa düşürəm”, – deyə dövlət başçısı bildirib.
Prezidentin sözlərinə görə, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması sülh sazişinin imzalanması üçün əsas ilkin şərtlərdən biridir.
“Həmin istinadın Ermənistan konstitusiyasından çıxarılması yeganə ilkin şərtdir ki, həll olunmamış qalır. Sülh sazişinin imzalanması üçün…” – İlham Əliyev əlavə edib.
Dövlət başçısı həmçinin qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında bu məsələ ilə bağlı daha çox anlaşma mövcuddur və hansı addımların atılmalı olduğu müzakirə edilir.
Prezident “sülh yolu qovşağı” layihəsinə də toxunaraq bildirib ki, beynəlxalq siyasi dəyişikliklər bu kimi təşəbbüslərə təsir göstərə bilər.
“Bu gün Ermənistanla Azərbaycan arasında daha çox anlaşma var ki, bununla bağlı hansı addım atılmalıdır. O ki qaldı sülh yolu qovşağına, bilirsiniz, Prezident Tramp qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü. Daha sonra Bayden kimi prezident gəlsə, o sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək”, – Prezident qeyd edib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir