veten informasiya agentliyi

Məşhur "Apple" cihazları satışdan çıxarılır - Siyahı

Tarix:13-02-2026, 09:05
Baxış Sayı:87

Məşhur "Apple" cihazları satışdan çıxarılır - Siyahı

Yaxın vaxtlarda "Apple" korporasiyası dörd cihazın satışını dayandıracaq.
Bu barədə "9to5Mac" nəşri məlumat yayıb.
Bazar analizi və şayiələrə əsaslanaraq, media mütəxəssisləri şirkətin tezliklə satışdan çıxarmalı olduğu məhsulların siyahısını hazırlayıblar. İlk növbədə, şirkət "iPhone 16e" modelinin istehsalını dayandıracaq, çünki İT nəhəngi fevralın sonuna qədər onun varisi olan "iPhone 17e" modelini təqdim etməlidir.
"Apple" həmçinin "iPad Air" planşetinin yeni versiyasını hazırlayır – "M3" prosessoru ilə təchiz edilmiş hazırkı qacet 2025-ci ilin martında işıq üzü görmüşdü.
"Hazırda "M4" prosessoru bazasında yeni "iPad Air" hazırlanır və onun yaxın həftələrdə təqdim ediləcəyi gözlənilir", – deyə ekspertlər izah ediblər.
Bundan əlavə, şirkət dörd il əvvəl satışa çıxarılan "Apple Studio Display" monitorunu da satışdan çıxara bilər, belə ki, artıq yeni modelin istehsal olunacağına dair əlamətlər görünməkdədir.
Həmçinin, "Apple" "M4" prosessorlu "MacBook Pro"ların satışını dayandırmalıdır. Onları "M5 Pro" və "M5 Max" çipləri bazasında olan portativ kompüterlərin əvəz edəcəyi gözlənilir.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu