veten informasiya agentliyi

Bu hal 3 gündən artıq davam edərsə... - Nazirlikdən virus infeksiyası ilə bağlı xəbərdarlıq

Tarix:12-02-2026, 10:02
Baxış Sayı:78

Bu hal 3 gündən artıq davam edərsə... - Nazirlikdən virus infeksiyası ilə bağlı xəbərdarlıq

Virus infeksiyası zamanı ilk növbədə uşağa rahat və sakit istirahət şəraiti yaradılmalıdır.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova açıqlayıb.
Onun sözlərinə görə uşaq kifayət qədər yatmalı, fiziki və zehni yüklənmədən uzaq saxlanılmalıdır:
“Otağın havası təmiz olmalı, gündə bir neçə dəfə havalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox maye itirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez, az miqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur. Ana südü alan körpələrdə ana südü mütləq davam etdirilməlidir”.
Pediatr qeyd edib ki, yüngül və asan həzm olunan qidalar seçilməlidir.
“Uşağı zorla yedirtmək olmaz. Yağlı, qızardılmış və ağır yeməklərdən uzaq durmaq, ev şəraitində hazırlanmış sadə yeməklərə üstünlük vermək məsləhətdir. Bundan əlavə, gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Uşağın əlləri tez-tez yuyulmalı, onun şəxsi dəsmalı və qab-qacağı ayrılmalıdır. Bu, virusun ailənin digər üzvlərinə keçməsinin qarşısını alır. Dərmanlar yalnız həkim məsləhəti ilə verilməlidir. Özbaşına antibiotik və digər dərmanların istifadəsi uşağın sağlamlığı üçün təhlükəlidir və ağır fəsadlara səbəb ola bilər”.
S.Cəfərova sonda bildirib ki, əgər uşağın qızdırması 3 gündən artıq davam edirsə, davamlı qusma, səpki və ya həddindən artıq halsızlıq müşahidə olunursa həkimə müraciət etmək lazımdır.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir