veten informasiya agentliyi

Abdin Fərzəliyev Məmmədli kəndində makler Ceyhun Mirzəyevlə hansı şərtlərlə razılıq əldə edib? -İLGİNC

Tarix:11-02-2026, 19:19
Baxış Sayı:76

Abdin Fərzəliyev Məmmədli kəndində makler Ceyhun Mirzəyevlə hansı şərtlərlə razılıq əldə edib? -İLGİNC


Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikib satan makler Ceyhun Mirzəyevi hansı məmurlar himayə edir?
Yenixeber.org: Son illər Paytaxt və ətraf rayonlarda kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikilməsi halları çoxalıb. Qanunverciliyə görə bu təyinatlı torpaqlar yalnız əkin sahəsi üçün istifadə olunar. Ancaq ev tikintisi ilə məşğul olan bir çox makler-işbazlar yerli icra hakimiyyətləri ilə əlbir olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda həyət evləri tikərək satırlar.
AzFakt.com-a daxil olan məlumata görə Abşeron rayon Məmmədli kəndində də kənd təsərrüfatı təyinatı torpaqlarda həyət evlərinin tikilməsi sürətlə aparılır.
Qeyd edilir ki, Ceyhun Mrzəyev adlı makler Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda qanunsuz həyət evi tikərək satışını həyata keçirir. Ceyhun Mrzəyev ev satdığı şəxslərə kənd təsərrüfatı təyinatı torpaq üçün verilən çıxarışı təqdim edir. Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşaraq” qanunsuz tikinti aparan Ceyhun Mrzəyev tikdiyi evlərə su,işıq və qaz sayğacları da quraşdıra bilir. Məlumata görə Ceyhun Mirzəyev Abşeronda yerləşən “Azərişıq”, “Azərsu” və “Azərqaz”-ın rayon şöbələri ilə “anlaşaraq” bu sayğacları alır. Adıçəkilən şəxsin Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda xeyli sayda qanunsuz ev tikərək satdığı deyilir. Məlumatda qeyd edilir ki, Ceyhun Mirzəyev arxasında ciddi məmurların dayandığını özü etiraf edir. Əgər bu belə olmasaydı Məmmədli kəndində inşa edilən qanunsuz həyət evlərinin tikintisinə Dövlət Şəhərsalma və Arxektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müdaxilə edərdi.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə Məmmədli kəndində kənd təsərrüfatı təyinatı torpaqlarda aparılan qanunsuz tikintilərlə bağlı reportajımızı oxuculara təqdim edəcəyik.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir