veten informasiya agentliyi

İrana qarşı yeni mərhələ - Raketlər hazır vəziyyətə gətirildi

Tarix:11-02-2026, 10:12
Baxış Sayı:83

İrana qarşı yeni mərhələ - Raketlər hazır vəziyyətə gətirildi


İranla artan gərginlik fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi aktivliyi yeni mərhələyə qədəm qoyub.
"Reuters" agentliyinin peyk görüntülərinə istinadən yaydığı məlumatda bölgədəki strateji bazalarda ciddi yerdəyişmələr qeydə alınıb.
Məlumata görə, ABŞ ordusu Qətərdə yerləşən və bölgədəki ən böyük Amerika bazası sayılan Əl-Udeyd bazasında mobil buraxılış qurğularına raketlər yerləşdirib. Yanvar ayında həyata keçirilən bu addım, raket sistemlərinin daha sürətli manevr etməsinə və hər hansı təhlükəyə anında cavab verməsinə imkan yaradır.
Bundan başqa, fevral ayında hərbi hazırlıqların miqyası daha da genişlənib:
Əl-Udeyd (Qətər): Təyyarələrin sayında və hərəkətliliyində artım müşahidə olunub.
Müvəffəq Salti (İordaniya): Bu hava bazasında da hərbi təyyarələrin cəmləşməsi (yığılması) peyk kadrlarında əks olunub.
ABŞ Prezidenti Donald Tramp isə bu prosesləri dəstəkləyən bəyanatla çıxış edərək, Vaşinqtonun İrana qarşı çəkindirici gücü artırmaq məqsədilə bölgəyə ikinci bir aviadaşıyıcı qrup göndərə biləcəyini istisna etməyib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir