veten informasiya agentliyi

Pensiyaların nə qədər artacağı açıqlanıb: 593 və 632 manat

Tarix:10-02-2026, 12:56
Baxış Sayı:105

Pensiyaların nə qədər artacağı açıqlanıb: 593 və 632 manat

Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb:
"Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir".
R.Mustafayev əlavə edib ki, bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.
Nazir müavini yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin yeni "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.

Magistratura üzrə respublika birincisi AzTU-nu seçdi
Magistratura üzrə respublika birincisi AzTU-nu seçdi
"İsrail ən yüksək dərəcəli komandirlərimizi vurdu, biz isə "vuracağıq!", "vuracağıq!" dedik, ancaq..."-İran rəsmisi
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq
Çindən gətirilən 2 ton çörək qırıntısı məhv edildi
Çindən gətirilən 2 ton çörək qırıntısı məhv edildi
Bu ərazidə yeni körpü istifadəyə verildi
Bu ərazidə yeni körpü istifadəyə verildi
Rusiya Ermənistanın 39 mindən çox qızılgülünü məhv etdi
Rusiya Ermənistanın 39 mindən çox qızılgülünü məhv etdi
Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
Bakının bu ərazilərində işıq kəsiləcək
Bakının bu ərazilərində işıq kəsiləcək