veten informasiya agentliyi

Çin maşını sürənlərə vacib XƏBƏRDARLIQ

Tarix:10-02-2026, 12:50
Baxış Sayı:67

Çin maşını sürənlərə vacib XƏBƏRDARLIQ

Zəmanət müddəti bitdikdən və avtomobilə çəkilən təmir xərcləri artmağa başladıqda Çin istehsalı olan nəqliyyat vasitəsinin satılması barədə düşünmək daha məqsədəuyğun sayılır.
Bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Kovalyov açıqlama verib. Onun sözlərinə görə, avtomobildə korroziya izlərinin yaranması, ötürmə qutusunda titrəmələrin hiss olunması, eləcə də mühərrik yağının sərfiyyatının yüksəlməsi Çin avtomobilinin satışa çıxarılması üçün əsas siqnallar hesab edilə bilər.
Mütəxəssis qeyd edib ki, bu cür əlamətlər yalnız Çin markalarına xas deyil və digər ölkə istehsalı olan avtomobillərdə də texniki "yorğunluğun" ümumi göstəriciləri kimi qiymətləndirilir.
Bununla yanaşı, Aleksandr Kovalyov müasir Çin avtomobillərinin keyfiyyət baxımından əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, avtomobildən imtina etmək üçün hamıya uyğun olan konkret və universal bir meyar mövcud deyil.
Ekspert həmçinin diqqətə çatdırıb ki, Çin istehsalı olan avtomobillər Avropa, Yaponiya və Koreya modelləri ilə müqayisədə bazarda daha az likviddir. Bunun əsas səbəbləri kimi model çeşidinin tez-tez yenilənməsi və sürücülər arasında hələ də mövcud olan stereotiplər göstərilir.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir