veten informasiya agentliyi

Erməni məhsulları Azərbaycana doğru yolda - Siyahıda nələr var?

Tarix:7-02-2026, 09:28
Baxış Sayı:90

Erməni məhsulları Azərbaycana doğru yolda - Siyahıda nələr var?

“Ermənistan bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlayacaq”.
Bunu Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan deyib.
O bildirib ki, söhbət metal və ya folqadan, eləcə də Bakıda tələbat olan mümkün qida məhsullarından gedir:
“Bu, bazar qanunlarına uyğun olaraq baş verəcək. Müəyyən mallara tələbat olarsa, ilk ixrac halları tezliklə ortaya çıxacaq. Konkret qərarlar hökumət tərəfindən verilmir, lakin mallarla bağlı qarşılıqlı maraqlar əsas götürülür”.
Söhbət hansı qida məhsullarından gedə bilər? Onlardan rahatca istifadə eləmək olarmı?
İqtisadçı ekspertlər hesab edir ki, hansı məhsulların Azərbaycana göndərilməsi məsələsində Ermənistanın ixrac potensialına nəzər salmaq lazımdır. İlk mərhələdə riskli olmayan, uzunömürlü və logistika baxımından rahat məhsullar göndərilə bilər. Ermənistanın ixrac potensialı siyahısında süd məhsulları – pendir, kərə yağı, qurudulmuş meyvə, mürəbbə, kompot, şirə konsentratları, taxıl və un məmulatları – makaron, bəzi yarımfabrikatlar, şirniyyat və qənnadı məhsulları biskvit, konfet, şokolad, alkoqolsuz içkilər və mineral sular öndə gəlir. Ehtimal etmək olar ki, Ermənistan Azərbaycana bu məhsullardan göndərmək istəsin, təklif etsin. Tərəvəz konservləri, təzə ət, süd və tez xarab olan məhsulların ilk mərhələdə geniş həcmdə gəlməsi həm sanitar risklər, həm də ictimai həssaslıq səbəbilə az ehtimal olunur.
Şübhəsiz ki, xüsusilə qida məhsullarından söhbət gedirsə, hansı ölkədən gəlməsindən asılı olmayaraq ölkəyə idxal olunan məhsullar müvafiq yoxlamalardan, ekspertizalardan keçirildikdən və müsbət rəy verildikdən sonra satışa buraxılır və istehlakı uyğun görülür. O cümlədən, Ermənistanın göndərəcəyi məhsullar da təbii ki, müvafiq yoxlamalardan keçiriləcək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycana idxal olunan hər bir qida məhsulu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sanitar, fitosanitar və baytarlıq sertifikatları ilə laborator analizlərdən keçirilməlidir və keçirilir. Bu, qanunun tələbidir.


(Musavat.com)

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
“Apple” 200-dən çox iş yerini ixtisar edir
“Apple” 200-dən çox iş yerini ixtisar edir
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək