veten informasiya agentliyi

Baş katib Azər Allahverənov Şimali Kipr Türk Respublikasının səfiri ilə görüşüb

Tarix:6-02-2026, 12:21
Baxış Sayı:95

Baş katib Azər Allahverənov Şimali Kipr Türk Respublikasının səfiri ilə görüşüb


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov Şimali Kipr Türk Respublikasının Azərbaycan Respublikasındakı nümayəndəsi xanım Ufuk Turqaner və nümayəndəliyin 3-cü katibi Görkem Reis ilə rəsmi görüş keçirib.
Azərbaycan Milli QHT Forumunun ofisində keçirilən görüşdə Baş katib Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Katibliyinin yarandığı gündən etibarən həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib. O, Katibliyin əsas məqsədinin Türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə institusional dəstək göstərilməsi və bu təsisatların irəli sürdükləri birgə təşəbbüslərin effektivliyinin artırılması üçün əlaqələndirmə işlərinin yerinə yetirilməsi olduğunu vurğulayıb.
Azər Allahverənov qeyd edib ki, Türk dünyasının QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi ictimai diplomatiyanın inkişafına, eləcə də xalqlar arasında mənəvi-mədəni birliyin möhkəmlənməsinə xidmət edir.
Son illər iki dövlət QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayan səfir xanım Ufuk Turqaner bu istiqamətdə görülən işlərin perspektivləri barədə danışıb.
Görüş çərçivəsində tərəflər vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın cari vəziyyəti, ortaq mövzular və aktual olan məsələlərin aradan qaldırılmasında iki dövlətin QHT-lərinin rolu ilə bağlı fikir mübadiləsi aparıblar.
Sonda ictimai təsisatlar arasında qarşılıqlı əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi üçün mümkün dəstək və əlaqələndirmə işlərinin əhəmiyyəti bir daha vurğulanıb.
Milli Majlis
KKTC Cumhurbaşkanlığı
Türk Devletleri Teşkilatı - Organization of Turkic States TURKPA
Azerbaycan Milli QHT Forumu (National NGO Forum)
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması

Baş katib Azər Allahverənov Şimali Kipr Türk Respublikasının səfiri ilə görüşüb
Baş katib Azər Allahverənov Şimali Kipr Türk Respublikasının səfiri ilə görüşüb

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir