veten informasiya agentliyi

Ermənistanda demoqrafik gərginlik: Ölkə "qocalmış cəmiyyət" elan olundu

Tarix:5-02-2026, 11:07
Baxış Sayı:70

Ermənistanda demoqrafik gərginlik: Ölkə "qocalmış cəmiyyət" elan olundu

Ermənistanda bir yaşa qədər uşaqlar arasında ölüm nisbəti hər 1000 diri doğuşa 6,2-dən 7,1-ə yüksəlib. 2024-cü ildə 0-1 yaşlı uşaqlar arasında 191 ölüm halı qeydə alınıbsa, ötən il bu rəqəm 207 olub.
"Sağlamlıq Hüququ" QHT-nin həmtəsisçisi Anuş Poqosyan bildirib ki, körpə ölümü nisbətinin artması son dərəcə narahatedici məqamdır.
“Demoqrafik məlumatlara görə, doğum nisbəti əhəmiyyətli dərəcədə azaldığı və körpə ölümü artdığı üçün biz hazırda qocalmış cəmiyyət hesab olunuruq”, - deyə Poqosyan bildirib.
Onun fikrincə, bu, artıq milli təhlükəsizlik məsələsidir. O, qeyd edir ki, 2020-ci ildə COVID-19 pandemiyası dövründə bu rəqəm təxminən 7,4 promil olubsa, 2021-ci ildə 6,9 promil idi və indi yenidən artım müşahidə edirik. Mütəxəssis hesab edir ki, bütün bunlar səhiyyə sisteminin təşkilində problemlərə işarə edir.
O, Ermənistan Səhiyyə Nazirliyinə sorğular göndərdiyini və ən çox ölüm hallarının 0-1 yaşlı uşaqlar arasında baş verdiyini müəyyən etdiyini vurğulayıb. Onun təhlili həmçinin göstərib ki, ötən il yol qəzalarından uşaq ölümlərinin sayı azalıb və bu da ölümlərin böyük əksəriyyətinin müxtəlif sağlamlıq problemləri səbəbindən baş verdiyini aydınlaşdırır.
Poqasyan qeyd edib ki, mediada ağır pnevmoniyalı uşaqların xəstəxanaya yerləşdirilməsi və təcili yardım şöbəsində ölməsi ilə bağlı çoxsaylı hallar da qeydə alınıb. O hesab edir ki, bütün bu cür hadisələr Səhiyyə Nazirliyi tərəfindən problemin gecikmiş tibbi yardımda, tibbi yardımın keyfiyyətində və ya digər amillərdə olub-olmadığını müəyyən etmək üçün hərtərəfli araşdırılmalıdır. O hesab edir ki, gələcək səhvlərin qarşısını almaq və ölüm hallarını azaltmaq üçün çatışmazlıqlar müəyyən edilməli, məlumat bülletenlərində sənədləşdirilməli və səhiyyə sistemində yayılmalıdır.

Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Məhəmməd Salahın yaşayacağı küçəyə adı veriləcək
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
Tələbələr üçün kirayə mənzil qiyməti 50-100 manat bahalaşdı
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
DİN-dən əməliyyat: 68 cinayət açılıb, 103 axtarışda olan şəxs saxlanılıb
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
Gömrükdə 654,9 karat brilyant tutuldu
Gömrükdə 654,9 karat brilyant tutuldu
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
DİN məktəblilər üçün təhlükəsizlik tədbirlərini gücləndirir
Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakıdakı məktəblər dezinfeksiya edilir