veten informasiya agentliyi

Yeni metro stansiyaları tikilən ərazilərdə mənzillər BAHALAŞACAQ

Tarix:4-02-2026, 10:39
Baxış Sayı:55

 Yeni metro stansiyaları tikilən ərazilərdə mənzillər BAHALAŞACAQ

Bakıda yeni metro stansiyalarının tikintisinin ərazilərdə ev qiymətlərinə və daşınmaz əmlak sektoruna təsiri qaçılmazdır. Təcrübədə oxşar şəhərlərdə yeni metro stansiyalarının açılması yaxın radiusda daşınmaz əmlak qiymətlərini 10-30% və bəzən daha çox da artıra bilər. Bu rəqəm bazar şəraitinə görə dəyişir. Bu effekt ümumiyyətlə stansiyadan təxminən 300-800 metr radiusda ən güclü olur.
Mövzunu şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yeni metro stansiyalarının inşası tikinti sektorunda sifarişlərin artmasına, şirkətlərin portfelinin genişlənməsinə və fəaliyyət sahələrinin böyüməsinə səbəb olur.
"Bu layihələr ətraf mühitin nəqliyyat əlçatanlığının təmin edilməsi və infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm addımdır. Bakıda 10 yeni stansiyanın tikintisi həm işçi qüvvəsinin, həm də inşaat materialları bazarının aktivləşməsinə və tikinti şirkətlərinin büdcələrinin böyüməsinə təkan verir. Metro stansiyalarına yaxın ərazilərdə daşınmaz əmlakın qiymətlərində artım müşahidə olunacaq. Nəqliyyat əlçatanlığı qiymət artımının əsas amillərindən biridir. Hətta yeni stansiyaların tikintisi barədə məlumatların ictimailəşdirilməsi belə, həmin ərazilərdəki əmlakın satış qiymətlərinin artmasına birbaşa təsir göstərir".
Sədr qeyd edib ki, investorlar nəqliyyat infrastrukturuna böyük önəm verirlər.
"Metroların inşası həmin ərazilərdə yeni yaşayış sahələrinin, inzibati binaların, ticarət mərkəzlərinin (molların) və iaşə obyektlərinin yaranması üçün zəmin yaradır. Metro xidmətindən istifadə edən vətəndaşların stansiya ətrafında cəmləşməsi ticarət obyektlərinin gündəlik gəlirlərinin artmasına səbəb olur. Yeni metro stansiyalarının tikintisi həm əhalinin nəqliyyat ehtiyaclarının ödənilməsi, həm də ölkə iqtisadiyyatının davamlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir", - deyə V.Oruc Qeyd edib.
Qeyd edək ki, artıq Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan 1-də tikinti gedir, digər 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, metronun şərti adı B4 olan stansiyanda tikinti davam edir və bu ilin sentyabr ayına qədər bitməsi nəzərdə tutulub.
Dərnəgül deposunda da tikinti işlərinə başlanılıb.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı