veten informasiya agentliyi

Moskva əmindir: Brüssel gec-tez Rusiyaya qarşı bu addımı atmağı İrəvandan tələb edəcək

Tarix:30-01-2026, 11:03
Baxış Sayı:106

Moskva əmindir: Brüssel gec-tez Rusiyaya qarşı bu addımı atmağı İrəvandan tələb edəcək

Avropa İttifaqı rəhbərliyi müəyyən bir məqamda Ermənistandan tam siyasi həmrəylik tələb edəcək, o cümlədən Brüsselin anti-Rusiya siyasəti ilə bağlı.
Bu barədə verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib.
Diplomat Ermənistanın Avropaya inteqrasiya planlarını şərh edərkən bildirib ki, "müəyyən bir məqamda Brüssel istənilən namizəd ölkədən hazırda açıq şəkildə Rusiya əleyhinə olan xarici siyasəti ilə tam həmrəylik tələb etməyə başlayır. Həmçinin ümid edirəm ki, İrəvan Brüsselin bütün tələblərini yerinə yetirməyin belə AB üzvlüyünə zəmanət vermədiyini başa düşür".
O, nümunə olaraq on illərdir Aİ üzvlüyü üçün gözləmə siyahısında qalan Qərbi Balkan ölkələrini göstərib. Sərt və çox vaxt populyar olmayan tələblərə cavab vermələrinə baxmayaraq, Albaniya, Şimali Makedoniya, Monteneqro və Serbiya inteqrasiya istəklərini yerinə yetirməyə yaxınlaşa bilməyiblər.
Maslennikov həmçinin vurğulayıb ki, Aİ-yə üzvlük, xüsusən də hazırkı vəziyyəti nəzərə alınmaqla, iqtisadi artım və rifahın qarantı deyil.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir