veten informasiya agentliyi

Şengen vizası diplomatik silaha çevrilir - Avropanın yeni strategiyası

Tarix:30-01-2026, 10:55
Baxış Sayı:86

Şengen vizası diplomatik silaha çevrilir - Avropanın yeni strategiyası

Avropa Komissiyası yeni viza strategiyası müəyyən edib.
Bu barədə "European Commission" məlumat yayıb.
Bildirilib ki, yeni strategiya vizaların üçüncü ölkələrə qarşı xarici siyasət aləti kimi istifadəsinə imkan verəcək.
Aİ Komissiyası xüsusən də geri qayıtma və geri qəbul, təhlükəsizlik, qanunsuz miqrasiya və miqrant qaçaqmalçılığı kimi məsələlərdə üçüncü ölkələrlə əməkdaşlığı artırmaq üçün vizalardan effektiv vasitə kimi istifadə etməyi hədəfləyir.
Yeni strategiya çərçivəsində geri qayıtma və geri qəbul məsələləri üzrə əməkdaşlıq etməyən və Aİ-nin təhlükəsizliyini təhdid edən düşmənçilik hərəkətlərində iştirak edən üçüncü ölkələr üçün viza müraciətlərinin dayandırılması və ya məhdudlaşdırılması kimi tədbirlər nəzərdən keçirilə bilər.
Bu sahələrdə Aİ ilə effektiv əməkdaşlıq edən ölkələrin vətəndaşlarına viza müraciəti proseslərində asanlaşdırıcı təcrübələr, daha əlverişli prosedurlar və təşviq tədbirləri təmin ediləcək. Vətəndaşlarına viza azadlığı verilən ölkələr də sistemdən sui-istifadənin qarşısını almaq üçün daha yaxından izləniləcək.
Komissiya, həmçinin beynəlxalq tələbələri, tədqiqatçıları, yüksək ixtisaslı işçiləri, sahibkarları və innovativ sahibkarları daha çox cəlb etmək üçün vizalardan bir vasitə kimi istifadə etmək niyyətindədir. Bu kontekstdə məqsəd uzunmüddətli vizaların və yaşayış icazələrinin alınması üçün daha sürətli prosedurlar və sadələşdirilmiş proseslər tətbiq etməkdir.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir