veten informasiya agentliyi

Amerikalılar süni intellektdən imtina edir

Tarix:19-01-2026, 09:16
Baxış Sayı:97

Amerikalılar süni intellektdən imtina edir


ABŞ vətəndaşları süni intellektdən beziblər və buna görə də ənənəvi hobbilərə qayıdırlar.

"CNN" bu barədə sənətkarlıq ləvazimatları satışında ixtisaslaşmış "Michael's" şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerikalılar rəqəmsal texnologiyadan və süni intellektdən imtina edərək ənənəvi hobbilərə üstünlük verməyə başlayıblar.

Hesabatda qeyd olunur ki, şirkətin veb saytında "analoq hobbilər" üçün axtarış nəticələri son altı ayda 136% artıb.

Şirkətin baş ticarət direktoru Steysi Şivli bildirib ki, bir çox müştəri ənənəvi hobbilərlə məşğul olmağı rəqəmsal texnologiyadan şüurlu şəkildə uzaqlaşmağın yolu olaraq görür. Onlar sosial mediadakı mənfi xəbər axınına fasilə vermək üçün smartfonlardan uzaqlaşmağa üstünlük verirlər. O, bunun Amerika cəmiyyətində daha böyük bir mədəni dəyişikliyin əlaməti kimi qəbul edilə biləcəyini iddia edir.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu