veten informasiya agentliyi

Orbital təhlükə aradan qaldırılır: ABŞ-dən inqilabi texnologiya

Tarix:9-01-2026, 11:09
Baxış Sayı:68

 Orbital təhlükə aradan qaldırılır: ABŞ-dən inqilabi texnologiya

ABŞ-nin Kolorado Universitetinin tədqiqatçıları Yerin orbitindəki tullantıların təmassız şəkildə təmizlənməsi üçün yeni bir sistem hazırlayıb və hazırda onun laboratoriya sınaqlarını aparırlar.

Bu texnologiya Yer orbitində nəzarətsiz qalan obyektlərin fəaliyyətdə olan peyklər və gələcək kosmik missiyalar üçün yaratdığı artan təhlükənin qarşısını almağa yönəlib.

"Elektrostatik yedək" adlanan sistemin iş prinsipi istiqamətləndirilmiş yüklü hissəcik şüasından istifadəyə əsaslanır. Nəzərdə tutulur ki, xüsusi "təmizləyici" peyk tullantı obyektinə bir neçə metr məsafədə təhlükəsiz şəkildə yaxınlaşacaq. Daha sonra o, fokuslanmış elektron şüası buraxaraq hədəf obyekti - məsələn, raketin metal fraqmentini və ya köhnə peyki - mənfi elektrik yükü ilə yükləyəcək.

Eyni zamanda, təmizləyici peyk öz elektrik yükünü saxlamaq və ya müsbət potensial yaratmaq üçün ion şüalandırıcısından istifadə edəcək. Əksyüklü cisimlər arasında yaranan elektrostatik cazibə qüvvəsi "virtual tros" effekti formalaşdırır. Bu qüvvə böyük olmasa da, tullantının trayektoriyasını fiziki təmas olmadan, yavaş, lakin idarəolunan şəkildə dəyişməyə imkan verir.

Beləliklə, obyekt tədricən daha aşağı orbitə endirilərək atmosferdə yana və ya "məzarlıq orbiti" adlanan xüsusi orbitə köçürülə bilər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu