veten informasiya agentliyi

Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq

Tarix:29-12-2025, 10:08
Baxış Sayı:82

 Xaricdən gəlir əldə edənlərin DİQQƏTİNƏ: Yeni ildən böyük dəyişiklik olacaq

Yeni ildən Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər qüvvəyə minəcək. Dəyişikliklər xaricdən əldə olunan dividend gəlirləri ilə bağlı vergi dərəcələrini də əhatə edir. Belə ki, bu gəlirlərə tətbiq olunan vergi dərəcəsi üç dəfəyədək azaldılır.

Mövcud qanunvericiliyə əsasən, xarici ölkələrdən dividend gəliri əldə edən fiziki şəxslər gəlir vergisi bəyannaməsi təqdim etməli və həmin gəlirdən 14 faiz dərəcəsi ilə vergi ödəməli idilər. Eyni zamanda, xaricdə tutulmuş vergi məbləği Azərbaycanda hesablanan vergi məbləği nəzərə alınmaqla tətbiq olunurdu.

Yeni dəyişikliklərə əsasən isə gələn ildən xaricdən əldə olunan dividend gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə endirilir. Bu qərarın əsas məqsədi vətəndaşları xaricdə əldə etdikləri gəlirləri könüllü şəkildə vergi orqanlarına bəyan etməyə təşviq etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində vergi məlumatlarının mübadiləsini həyata keçirir. Bu mexanizm vasitəsilə xaricdə gəlir əldə edib bunu bəyan etməyən şəxslər müəyyən olunur, onların vergi uçotuna alınması təmin olunur və ödənilməmiş vergilər dövlət büdcəsinə bərpa edilir.

Qanunvericiliyə əsasən, fiziki şəxslər xaricdə əldə etdikləri dividend gəlirlərini bəyan etməli və vergi uçotunda olmalıdırlar. Əgər şəxs xaricdə tutulmuş vergi ilə bağlı təsdiqedici sənədi təqdim edərsə, Azərbaycanda əksər hallarda əlavə vergi öhdəliyi yaranmır.

İqtisadçı ekspert Emin Səttarovun sözlərinə görə, xarici ölkələrin əksəriyyətində dividend gəlirləri üzrə vergi dərəcəsi 5 faizdən yüksəkdir. Onun fikrincə, fiziki şəxs əvvəlcədən vergi uçotuna durmalı, növbəti ilin martın 31-dək gəlir vergisi bəyannaməsini təqdim etməli və xaricdə tutulmuş verginin təsdiqedici sənədini əlavə etməlidir. Bu halda vergi hesablanarkən həmin məbləğ nəzərə alınır.

DİM I və IV qruplara qəbul imtahanı keçirir
DİM I və IV qruplara qəbul imtahanı keçirir
Zaqatalada qəza: İki nəfər yaralandı
Zaqatalada qəza: İki nəfər yaralandı
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Güləşçimiz Hacı Kərimov Avropa çempionu oldu
Tovuz döyüşlərindən 6 il ötür
Tovuz döyüşlərindən 6 il ötür
Qətər raket hücumunu dəf etdi
Qətər raket hücumunu dəf etdi
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
Kiyevə ballistik raketlərlə hücum - Yaralılar var
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
847 milyonluq layihə - PUA-lara qarşı lazer silahı hazırlanır
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?
Moldovada yeni qarşıdurma xətti - Rusiya nə istəyir?