veten informasiya agentliyi

Azərbaycan istehsalı olan silahlar: Dünya hərb bazarına nələri təklif edə bilirik? - VIDEO

Tarix:23-12-2025, 10:22
Baxış Sayı:105

 Azərbaycan istehsalı olan silahlar: Dünya hərb bazarına nələri təklif edə bilirik? - VIDEO

Milli müdafiə sənayesini inkişaf etdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ölkə Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılıb. Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi və ölkənin müxtəlif güc mərkəzləri tərəfindən ikili standartlara, silah embarqolarına məruz qaldığı bir dövrdə bu Sərəncamın əsas məqsədi Azərbaycan Ordusunun silah-sursat təchizatında xaricdən asılılığı azaltmağa yönəlmişdi.

Müasir, güclü və işğalda olan torpaqların azadlığı uğrunda aparılan müharibədə qalib gələ biləcək təkmil bir ordunun qurulması üçün 20 il əvvəl verilmiş bu qərarın əhəmiyyətini anlamaq indi çətin deyil. Lakin daha önəmlisi odur ki, sözügedən qərar təkcə İkinci Qarabağ müharibəsindəki qələbə üçün yox, həm də ondan sonra regionda və dünyada baş verən geosiyasi proseslərin fonunda fövqəladə mühüm əhəmiyyət kəsb etməkdədir. Çünki müasir reallıqlarda öz tələbatını daxili imkanlar hesabına təmin edə bilməyən ordunun mümkün güc yarışından qalib ayrılacağının artıq heç bir təminatı yoxdur.

Bəs bu gün yaranmasının 20-ci ilində ölkəmizin müdafiə sənayesi hansı nailiyyətlər əldə edə bilib və ya daha konkret olsaq, milli müdafiə sənayemiz Ordumuza və dünya hərb bazarına hansı silahları təklif edə bilir?

"Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

[video=https://www.youtube.com/watch?v=YbEb_wSimIM]

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir