veten informasiya agentliyi

Bu gün ilk dəfə Dünya Türk Dili Ailəsi Günü qeyd olunur

Tarix:15-12-2025, 10:13
Baxış Sayı:100

Bu gün ilk dəfə Dünya Türk Dili Ailəsi Günü qeyd olunur 

Beynəlxalq ictimaiyyət dekabrın 15-də ilk dəfə olaraq Dünya Türk Dili Ailəsi Gününü qeyd edir.

Müvafiq qərar UNESCO-nun noyabrda Səmərqənddə keçirilən Baş Konfransında qəbul edilib.

Tarix seçimi simvolikdir və dərin məna kəsb edir, belə ki, 15 dekabr 1983-cü ildə danimarkalı linqvist Vilhelm Tomsen, ən qədim yazılı mənbələrdən biri olan Orxon kitabələrinin əlifbasının uğurla deşifrə olunduğunu elan etdi. Yazılar eramızın VIII əsrində Orxon vadisində, indiki Monqolustanda qədim türklər tərəfindən yaradılıb və 1889-cu ildə aşkarlanıb.

Tomsenin nailiyyəti bu gün Avrasiyada onlarla icmanı birləşdirən dil ənənəsi haqqında əvəzsiz bilgi verdi.

Azərbaycan, qazax, qırğız, türk, türkmən və özbək kimi türk dil ailəsinə mənsub dillər, təxminən 12 milyon kvadrat kilometr ərazidə 200 milyondan çox insanın vətənidir. Türk dillərində zəngin sənədli irs, eləcə də şifahi ənənələr 10-dan çox dövlət tərəfindən paylaşılır.

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan çıxış edib, onu 21 ölkə dəstəkləyib.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu