veten informasiya agentliyi

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi

Tarix:11-12-2025, 10:58
Baxış Sayı:106

 Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.




Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.




Qeyd olunub ki, hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır.




"Hal-hazırda ölkəmiz BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri arasında yer alır. CPD əhali dinamikasının, demoqrafik dəyişikliklərin, miqrasiya və urbanizasiyanın, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalq müstəvidə yanaşmaların formalaşdırılmasına məsuldur. CsocD isə sosial siyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları və rifahın artırılması kimi istiqamətlər üzrə fəaliyyətlər aparır.




Qeyd edilən BMT Komissiyalarında təmsilçilik ölkəmizin sosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası, yoxsulluğun aradan qaldırılması üzrə uğurları və əhalinin rifahının yüksəldilməsi sahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsinə, eləcə də BMT-nin fəaliyyətlərinə töhfə və əməkdaşlıq imkanlarının gücləndirilməsinə imkan verəcəkdir", - məlumatda vurğulanıb.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir