veten informasiya agentliyi

Bakıda mötəbər tədbir keçirilir

Tarix:8-12-2025, 10:02
Baxış Sayı:90

 Bakıda mötəbər tədbir keçirilir

Bakıda "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" Forumu keçirilir.




Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.




Forum zamanı gömrük işi sahəsində həyata keçirilən rəqəmsal alətlərin, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyət dövlət orqanlarının birgə reallaşdırdığı layihələrin təqdimatları, o cümlədən biznes subyektlərinin iştirakı ilə gömrük prosedurları və əməliyyatları üzrə müzakirələrin aparılması planlaşdırılır.




Qeyd edək ki, biznes nümayəndələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, gömrük sahəsində həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə dövlət qurumlarının nümayəndələrinin, xarici ticarət iştirakçılarının, ekspertlərin və tərəfdaşların iştirakı ilə hər il ənənəvi olaraq Dövlət Gömrük Komitəsi tərəfindən "Gömrük-Biznes Forumu" təşkil edilir.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir