veten informasiya agentliyi

QAİ tərəfindən III Beynalxalq Konfrans öz işinə başlayıb

Tarix:5-12-2025, 10:31
Baxış Sayı:103

 QAİ tərəfindən III Beynalxalq Konfrans öz işinə başlayıb


Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni və Qayıdış Hüququ Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III Beynalxalq Konfrans keçirilir.

Bu konfrans mədəni irsin qorunması və dirçəldilməsini ləyaqətli qayıdışın təminatı, həmçinin ədalət, barış və sülhə aparan yol kimi müzakirə etməyi hədəfləyir.

Konfransın məqsədi qayıdış hüququnu mədəni irsin qorunması va bərpası üçün əsas çərçivə kimi təsdiqləmək, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin mövcud vəziyyətini qiymətləndirmək, irsin qorunması və dirçəldilməsi üçün hüquqi, diplomatik və texniki alətləri müəyyənləşdirmək, həmçinin mədəni irsin bərpasını ədalət, barışığa va dinc birgəyaşayışa aparan vasitə kimi təşviq etməkdir.

Konfransda "Qayıdış hüququ və mədəni irs: "Hüquqi və mənəvi əsaslar", "Maddi irs: Qayıdışın fiziki təməllərinin qorunması", "Qeyri-maddi irs: Qayıdışın canlı əsaslarının dirçəldilməsi", "Beynəlxalq əməkdaşlıq: Qlobal dəstəyin səfərbər olunması" panellərində 60-dan çox ölkədən gələn 100-dən artıq xarici qonaq və yerli iştirakçılar müzakirələr aparacaq.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir