veten informasiya agentliyi

BMT iclasında Azərbaycanla bağlı rəqəmlər səsləndi: 13,5 milyard dollar nə üçün ayrılıb?

Tarix:4-12-2025, 10:27
Baxış Sayı:106

 BMT iclasında Azərbaycanla bağlı rəqəmlər səsləndi: 13,5 milyard dollar nə üçün ayrılıb?

"Ötən il Bakıda keçirilmiş COP29-un nəticələri çoxtərəfli əməkdaşlığın gücünü və qlobal iqlim fəaliyyətinin inkişaf etdirilməsində COP Sədrliyi ilə BMT sistemi arasında koordinasiyalı əməkdaşlığın dəyərini bir daha nümayiş etdirdi".

Bu fikirləri Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinin müşaviri Hüsniyyə Məmmədova bu qurumun rezident əlaqələndiriciləri ilə üzv dövlətlər arasında keçirilən iclasdakı çıxışı zamanı deyib.

"Azərbaycan indi 2026-cı ilin may ayında keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumuna, ilk dəfə olaraq Liderlər Sammitinə ev sahibliyi etməyi səbirsizliklə gözləyir", - müşavir qeyd edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa-quruculuq prosesi barədə danışan H.Məmmədova son beş ildə bunun üçün 13.5 milyard dollar ayrıldığını diqqətə çatdırıb:

"Son beş ildə Azərbaycan münaqişədən sonrakı minatəmizləmə, yenidənqurma, bərpa və reinteqrasiyanı işğaldan azad edilmiş ərazilərdə prioritetləşdirib. 2021-25-ci illər ərzində bu məqsədlərə 13.5 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Artıq 50 mindən çox insan öz evlərinə qayıdaraq həmin bölgələrdə yaşayır, işləyir və təhsil alır. Bu istiqamətdə ardıcıl fəaliyyət gələcək illərdə də prioritet olaraq davam edəcək".

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir